Bakı. Trend:
“Mançester Yunayted” “Yuventus”un oyunçusu Kenan Yıldızıtransfer etməkdə israrlıdır.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" türkiyəlifutbolçu üçün rəqiblərini qabaqlamağı planlaşdırır.
Klub 20 yaşlı yarımmüdafiəçiyə görə Turin klubuna 100 milyonavro (88 milyon funt sterlinq) təklif etməyə hazırdır. İngiltərəPremyer Liqasından “Arsenal” da türk futbolçu ilə maraqlananklublar arasındadır.
Bildirilib ki, Yıldız hələ “Yuventus”la uzunmüddətli müqaviləimzalamadığı üçün İngiltərə klublarının əsas transfer hədəfinəçevrilib. Tərəflər arasında bir neçə dəfə danışıqlar aparılsa da,razılıq əldə olunmayıb.
“Mançester Yunayted” rəqiblərini təəccübləndirmək üçün“astronomik” təklif hazırlayır və klub rəhbərliyi bu məbləğin“Yuventus”u ulduz futbolçunu satmağa razı sala biləcəyinəinanır.