Bakı. Trend:
2016-cı ildə Suriyada əməliyyatlarımızı həyata keçirərkən həmABŞ, həm də Rusiya orada idi. Biz görülməli olan işi heç kimdənsoruşmadan etdik və başa çatdırdıq. Qarşıdakı dövrdə də ehtiyacyaranarsa, lazım olanı yenə də heç kimdən icazə almadan edərik.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə NaziriYaşar Gülər ilin yekunlarına dair brifinqdə bildirib.
Suriyada qurulan yeni hökumətin və dövlət başçısının ölkədəkibütün qrupları əhatə etməyə yönəlmiş addımlarını izlədiklərinibildirən Gülər, Türkiyənin bu prosesdə prinsipial və qətimövqeyindən geri çəkilməyəcəyini vurğulayıb.
Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatının Suriyaordusuna inteqrasiyası ilə bağlı müzakirələrə toxunan nazir Gülər,Türkiyənin bu məsələdəki “qırmızı xətt"lərini açıq şəkildə ifadəedib:
“Suriyalı rəhbərlərlə apardığımız görüşlərdə SDQ-nininteqrasiyaya dair mövqeyini görürük. Biz hər cür inkişafssenarisinə qarşı planlarımızı hazırlamışıq. SDQ bir birlikşəklində inteqrasiyadan danışır, lakin bu, qəbuledilməzdir. Onlarmütləq şəkildə Suriya ordusuna fərdi qaydada inteqrasiyaolunmalıdırlar. Bu mövzuda geri addım atmağımız müzakirə mövsuzudeyil”,-deyə nazir vurğulayıb.