AZ

Ferqyusondan “Yunayted” azarkeşlərinə bəd xəbər

“Mançester Yunayted” in sabiq baş məşqçisi Ser Aleks Ferqyuson Ruben Amorimin rəhbərliyi altında klubdakı hazırkı vəziyyəti qiymətləndirib

Publika.az xəbər verir ki, Ferqyuson “Press Box PR”-a verdiyi açıqlamada deyib:

“Amorim yaxşı insandır. Hər şey o qədər də asan deyil. Orada keçirdiyim vaxtı, “Liverpul”un zirvədə olduğu vaxtı xatırlayırdım. Onlar fantastik bir klub idilər, dörd dəfə Çempionlar Liqasını qazanmışdılar və sair, amma sonra yenidən liqanı qazanmaq üçün 31 il (30 il – red.) lazım oldu.

İndi də biz eyni vəziyyətdəyik. Bu, on il, hətta on bir il çəkə bilər, bu, bir dövrdür.

Seçilən
90
publika.az

1Mənbələr