Rusiyanın məşhur reperlərindən olan "Makan"ın (əsl adı Andrey Kosolapovdur-red.) hərbi xidməti ilə bağlı maraqlı məlumat yayılıb.
Publika.az "Shot" Teleqram kanalına istinadən xəbər verir ki, reper orduda sürücü kimi xidmət aparır.
"Shot" məlumatına görə, "Makan" artıq andiçmədən keçib və "Vityaz"ın 604-cü Xüsusi Təyinatlılar Mərkəzinin 1-ci Xüsusi Təyinatlılar Qrupunda logistika şöbəsində sürücü kimi qeydiyata alınıb.
"Onun xidmət apardığı bölmədə zirehli kabinli "Ural" yük maşınları, "Ford", "Volkswagen", "Haval" və mikroavtobuslar var", - deyə kanal yazıb.
O da qeyd olunub ki, əsgər yoldaşları reperə "Makak" ləqəbi veriblər.