ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Nüfuzlu "Transfermarkt" portalı dünyanın 30 yaşdan yuxarı ən bahalı 10 oyunçusunun yenilənmiş reytinqini açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, siyahıya 65 milyon avro dəyərində qiymətləndirilən "Bayern Münhen"in 32 yaşlı ingilis hücumçusu Harri Keyn başçılıq edir. İkinci yerdə onun 30 yaşlı komanda yoldaşı, alman yarımmüdafiəçi Yoşua Kimmix (40 milyon avro) qərarlaşıb, üçüncü yerdə isə "Mançester Yunayted"in 31 yaşlı portuqaliyalı oyunçusu Bruno Fernandes (40 milyon avro) gəlir.
Tam reytinq aşağıdakı kimidir:
Harri Keyn ("Bayern", 32) - 65 milyon avro.
Yoşua Kimmix ("Bayern", 30) - 40 milyon avro.
Bruno Fernandes ("Mançester Yunayted", 31) - 40 milyon avro.
David Raya ("Arsenal", 30 yaş) - 35 milyon avro.
Markinyus (PSJ, 31 yaş) - 30 milyon avro.
Məhəmməd Salah ("Liverpul", 33 yaş) - 30 milyon avro.
Andre Zambo-Anqissa ("Napoli", 30 yaş) - 27 milyon avro.
Bernardu Silva ("Mançester Siti", 31 yaş) - 27 milyon avro.
Joau Palinya ("Tottenhem", 30 yaş) - 25 milyon avro.
Cek Qriliş ("Everton", 30 yaş) - 25 milyon avro.
Qeyd edək ki, ulduz hücumçular - portuqaliyalı Kriştianu Ronaldu (12 milyon avro) və Lionel Messi (15 milyon avro) reytinqə daxil edilməyib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.