AZ

Matça doğru: “Neftçi” rahatdır, “Karvan-Yevlax”da üç itki

Misli Premyer Liqasının XVI turunda “Neftçi” səfərdə “Karvan-Yevlax”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” bu görüşə tam heyətlə hazırlaşıb. Komandada cəzalı və ya zədəli futbolçu yoxdur.

Yevlax klubunda isə ciddi itklər var. Komandanın hücumçusu Mikels, qapıçı Kamran İbrahimov və Süleyman Əhmədov zədə səbəbindən matçı kənardan izləyəcək.

Qarşılaşma bu gün saat 14:00-da start götürəcək.

Seçilən
79
idmanxeber.az

1Mənbələr