AZ

DİQQƏT: Bu sürücüləri 20 manat cərimə gözləyir

Şəhər ərazisində parklanma qaydalarının pozulması sürücülər üçün inzibati məsuliyyət yaradır. Xüsusilə ödənişli parklanma yerlərində avtomobili saxlayıb ödəniş etməyən şəxsləri hansı cərimə gözlədiyi sürücülər arasında maraq doğurur.

Maraqlıdır, parklanma ödənişi etmədən avtomobil saxlamağın cəriməsi neçə manatdır?

Mövzu ilə bağlı KONKRET.az-a hüquqi şərh verən hüquqşünas Tağı Hüseynov bildirib ki, parklanma üçün nəzərdə tutulmuş ərazidə avtomobili saxlayıb ödəniş edilmədiyi təqdirdə sürücülər cərimələnir:

Tağı Hüseynov

“İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, parklanma ödənişini etmədən avtomobil saxlayan şəxslər üçün 20 manat məbləğində cərimə nəzərdə tutulub”.

Hüquqşünas sürücülərə tövsiyə edib ki, cərimə ilə üzləşməmək üçün parklanma qaydalarına və ödəniş tələblərinə ciddi əməl etsinlər.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
75
3
konkret.az

4Mənbələr