AZ

Agenti iki iddialı klubumuza çıxdı, Renat Dadaşovu təklif etdi – ADLAR

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Motor”dan ayrılmağa hazırlaşır. Polşa klubu həmyerlimizlə yanaşı daha iki futbolçunun da yanvarda yeni komanda tapa biləcəyini rəsmən açıqlayıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, təcrübəli forvard karyerasını Azərbaycanda davam etdirə bilər. Belə ki, futbolçunun agenti Dadaşovu “Neftçi” və “Qarabağ”a təklif edib.

Menecer hətta hücumçunun altı aylıq icarə müddətinə Ağdam təmsilçisinə önərib. Hələlik Renatın Azərbaycan klublarına keçidi ilə bağlı konkret bir nəticə yoxdur.

Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

 

Seçilən
69
idmanxeber.az

1Mənbələr