AZ

Keçmiş dünya çempionu bloqqer-boksçuya nokautla qalib gəlib

Bakı, 20 dekabr, AZƏRTAC

Bloqqer-boksçu Ceyk Polla və keçmiş dünya çempionu Entoni Coşua arasında çoxdan gözlənilən döyüş baş tutub.

AZƏRTAC xəbər verir ki, dekabrın 19-dan 20-nə keçən gecə ABŞ-ın Mayami şəhərində keçirilən görüş 6 raund davam edib. E.Coşua rəqibinə nokautla qalib gəlib.

Qeyd edək ki, Entoni Coşua karyerası ərzində 29 qələbə qazanıb, 4 dəfə uduzub. Ceyk Polda isə bu göstərici 12:2-dir.

Seçilən
89
4
azertag.az

7Mənbələr