Bakı. Trend:
Vayxır Kiçik Su Elektrik Stansiyasında (KSES) indiyədək 143milyon kilovatt-saat elektrik enerjisi istehsal edilib.
Trend bu barədəEnergetika Nazirliyinə istinadən xəbər verir.
Stansiya hər biri 1,5 MVt gücündə 3 ədəd hidroaqreqatdanibarətdir.
Vayxır Kiçik Su Elektrik Stansiyası 19 il öncə Naxçıvan MuxtarRespublikasında istismara verilib.
Qeyd edək ki, 2025-сi ilin yanvar-noyabr aylarında Azərbaycandaelektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi vətəchizatı sektorunda 3,096 milyard manat dəyərində məhsul istehsalolunub və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorundaistehsal edilmiş məhsulların həcmi 597,5 milyon manat təşkiledib.