AZ

Tramp Floridaya gedir: Ukrayna ilə bağlı mühüm görüşlər planlaşdırılır

ain.az bildirir, Dogru.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp bir sıra görüşlərin keçirilməsi üçün Floridaya səfər edəcəyini açıqlayıb.

Doğru.az xəbər verir ki, Tramp bu barədə Şimali Karolinaya iqtisadi çıxış üçün uçmazdan əvvəl Ağ Evin həyətində jurnalistlərə danışıb.

O bildirib ki, səfər qısa müddətli olacaq və əsas məqsəd işgüzar görüşlərin keçirilməsidir: “Biz qısa müddətə, əsasən iş üçün Floridaya gedəcəyik.

Planlaşdırdığımız çoxlu görüşlərimiz var”.

Qeyd edək ki, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff artıq Florida ştatının Mayami şəhərində Ukrayna və Avropa nümayəndələri ilə görüşü başa vurub. ABŞ dövlət katibi Marko Rubio isə Ukrayna ilə danışıqların yaxın iki gün ərzində başlayacağını bəyan edib.

Eyni zamanda, Axios mənbələrə istinadən xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev bu həftə sonu Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün Mayamiyə səfər edəcək. Görüşlərin Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə keçirilməsi planlaşdırılır.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
30
dogru.az

10Mənbələr