Bakı. Trend:
ABŞ-nin Nyu-Cersi ştatında iki sərnişin qatarı toqquşub.Nəticədə qatarlardan biri qismən relslərdən çıxıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, hadisə Montkler-Buntun xəttində (Montklerşəhəri yaxınlığında) baş verib.
Qəza nəticəsində 17 nəfər yaralanıb. Bununla belə xəsarətalanaların həyatı üçün təhlükə olmadığı təsdiqlənib.
Nyu Cersi ştatının nəqliyyat polisi hadisənin baş verməşəraitini araşdırır. Qəzanın səbəbləri hələ ki müəyyənedilməyib.
Montkler-Buntun xətti üzrə qatarların hərəkəti "MontclairHeights" və "Bay Street" stansiyaları arasındakı hissədə hər ikiistiqamətdə müvəqqəti olaraq dayandırılıb.