AZ

Təhlükəli anlar: sahibsiz Pitbul məscidə girdi – VİDEO

Türkiyənin Kocaeli vilayətində maraqlı və gərginlik yaradan hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, Pitbul cinsli itin qəfilsən Çayırova rayonunda yerləşən bir məscidə daxil olması camaat arasında panikaya səbəb olub.

Şahidlərin bildirdiyinə görə, it məscidin qapısından içəri girərək bir müddət ibadət edənlərin arasında gəzib. Hadisə zamanı bəzi vətəndaşlar qorxu və təlaş yaşayıb. Yaşanan anlar mobil telefon kamerası ilə qeydə alınıb.

İt daha sonra ətrafdakı şəxslərin köməyi ilə camidən çıxarılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Seçilən
86
nocomment.az

1Mənbələr