AZ

Xəzərin qazı TAP vasitəsilə Ukraynaya çatdırılacaq - Yeni nəqliyyat gücləri təsdiqlənib

Bakı. Trend:

Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanın enerjisahəsində milli tənzimləyici orqanları nəqliyyat gücləri üzrə yeniməhsulları — "Route 2" və "Route 3"ü rəsmi olaraq təsdiqləyiblər.Bu addım Ukrayna üçün regional qaz əlaqəliliyinin gücləndirilməsivə tədarük təhlükəsizliyinin artırılması baxımından mühümmərhələdir.

Trend xəbər verirki, bu barədə Yunanıstan–Bolqarıstan interkonnektorunun (IGB)operatoru olan "ICGB" şirkətinin məlumatında bildirilir.

Qəbul edilən qərarlar Ukraynaya təbii qazın iki şaxələndirilmişmənbədən tədarükünü təmin edir:

- Aleksandrupolis FSRU üzən terminalından mayləşdirilmiş təbiiqazın (MTQ) IGB qaz kəməri vasitəsilə çatdırılması;

- Transadriatik Qaz Kəməri (TAP) ilə nəql edilən Xəzərborukəməri qazının IGB vasitəsilə nəqli

Dekabrın 22-də bütün yeni güc məhsulları — Routes 1, 2 və 3 —eyni vaxtda və rəqabət əsaslı şəkildə Regional RezervasiyaPlatformasında (Regional Booking Platform, RBP) təklif olunacaq.Bazar iştirakçıları bütün dəhliz boyunca paketlənmiş güclərə şəffafvə bazar prinsiplərinə əsaslanan çıxış əldə edəcəklər. Rəqabətqabiliyyətinin artırılması və "ICGB"dən istifadənin təşviqiməqsədilə şirkət bu güclər üzrə standart aylıq tarifə 46 faizendirim tətbiq edəcək.

Qeyd edək ki, IGB Yunanıstanın milli qaz nəqliyyat sistemi(DESFA S.A.) və Trans-Adriatik qaz kəməri (TAP AG) ilə Komotini(Yunanıstan) bölgəsində, həmçinin, Bolqarıstanın qaz nəqliyyatsistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsindəbirləşdirilib.

Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32düymdür. Layihə gücü ildə 3 milyard kubmetr qazınYunanıstan-Bolqarıstan istiqamətində nəqlini nəzərdə tutur, bazarmarağı və qonşu qaz nəqliyyat sistemlərinin imkanlarından asılıolaraq bu həcm illik 5 milyard kub metrə qədər artırıla bilər.

Məqalədə:
Seçilən
111
5
az.trend.az

6Mənbələr