AZ

Quterreş Yəməndə Husilərin daha 10 BMT işçisinin saxlanılmasını pisləyib

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

BMT-nin Baş katibi Antonio Quterreş Yəməndə Husilər tərəfindən daha 10 BMT işçisinin saxlanılmasını pisləyib.

Bizimyol.info xəbər verir ki, Quterreşin sözçüsü Stefan Dujarrik cümə günü, 19 dekabrda, əvvəlki gün edilən həbslərin nəticəsində saxlanılan yerli işçilərin ümumi sayının 69-a çatdığını təsdiqləyib və onların dərhal azad edilməsinə çağırıb.

"Bu həbslər BMT-nin Husilərin nəzarətində olan ərazilərə humanitar yardım göstərməsini qeyri-mümkün edir. Bu, ehtiyacı olan milyonlarla insana birbaşa təsir göstərir və onların həyati əhəmiyyətli yardım əldə etməsini məhdudlaşdırır", - deyə Dujarrik qeyd edib.

Paytaxt Səna da daxil olmaqla, Yəmənin şimal-qərbinin böyük bir hissəsini nəzarətdə saxlayan Husilər, 2023-cü ilin oktyabrında Qəzza müharibəsinin başlamasından bəri BMT işçilərinin həbslərini artıraraq onları ABŞ və İsrailə casusluq etməkdə ittiham ediblər.

BMT bu Husi ittihamlarını dəfələrlə rədd edib və saxlanılanların hamısının Yəmən vətəndaşı olduğunu təsdiqləyib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
bizimyol.info

1Mənbələr