ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Misli Premyer Liqasının XVI turunun ikinci oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, Bakıətrafı qəsəbənin eyniadlı təmsilçisi "İmişli"ni qonaq edir.
"Turan Tovuz"un dünənki qələbəsindən sonra "qartallar" tunir cədvəlinin 5-ci pilləsinə düşüb. Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv bu gün qələbə qazanacağı təqdirdə yenidən ilk "üçlük"də yer alacaq. Qonaqlar isə bu tur ərəfəsində 16 xalla 9-cu yerdədir.
Qeyd edək ki, bu komandalar arasında ilk dövrədə baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1.
Misli Premyer Liqası
II dövrə, XVI tur
16:30. "Zirə" - "İmişli"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin BayramovVAR: Rəvan HəmzəzadəAVAR: Teymur TeymurovHakim-inspektor: Əmrah İbrahimovAFFA nümayəndəsi: Zaur Hacı-MəhərrəmovZirə. İdman Kompleksinin stadionu.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.