Dəmir tərkibli qida əlavələrini qəhvə, çay, şərab və süd məhsulları ilə qəbul etmək olmaz. Bu vərdişi dəmirin bədəndə mənimsənilməsini azaldır.
Publika.az xəbər verir ki, bu fikri tanınmış rusiyalı endokrinoloq Yelena Şafranskaya "Gazeta"ya müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, qış ayları xüsusilə ruslarda yuxuya meyllilik, zəiflik və solğunluq yaradır. Lakin bu simptomlara əsas səbəb qışın dəyişən uzunmüddətli havaları yox, dəmir çatışmazlığı anemiyası da ola bilər.
Dəmir çatışmazlığı hemoqlobinlə bağlı proseslərin səmərəliliyini azaldır. Yəni, qırmızı qan hüceyrələrində oksigen daşımalarına imkan verən zülal olan hemoqlobinin ərsəyə gəlməsi zəifləyir. Bu, hipoksiyaya səbəb olur, orqan və toxuma funksiyası pozulur.
Endokrinoloq qeyd edib ki, həkimlər tez-tez dəmir çatışmazlığı anemiyasını aradan qaldırmaq üçün xüsusi dərmanlar təyin edirlər. Bununla belə, qidalanma vərdişləri müalicədə mühüm rol oynayır. Dərmanların effektivliyi əsasən xəstənin preparatları nə ilə qəbul etməsindən asılı olur.