AZ

2025-ci ilin son oyunları altı nəfərin üzünə bağlandı - ADLAR

Premyer Liqanın 16-cı turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

2025-ci ilin sonuncu oyunlarını altı nəfər kənardan izləyəcək.

Onlardan 1-i məşqçi, 5-i futbolçulardır.

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç, komandanın müdafiəçisi Rayan Senhadji, “Araz-Naxçıvan”ın braziliyalı yarımmüdafiəçisi Vanderson Melo, “Zirə”nin hücumçusu Junior Martins, “Qəbələ”nin forvardı İbrahim Sanqare və “Kəpəz”in vingeri Şakir Seyidov 16-cı turda meydana çıxmaqdan məhrum olub.

Buna səbəb adları çəkilənlərin öncəki turlarda aldıqları qırmızı vərəqələr və sarı vərəqə limitini doldurmasıdır.

Bu gün “Neftçi” – “Karvan-Yevlax”, “Zirə” – “İmişli”, dekabrın 21-də “Qəbələ” – “Qarabağ”, “Araz-Naxçıvan” – “Şamaxı”, ilin sonuncu oyununda “Sumqayıt” – “Sabah” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
84
sportinfo.az

1Mənbələr