“Myac ru" Telegram kanalı 2025/26 mövsümünün ilk hissəsinin yekunlarına əsasən Rusiya Premyer Liqasında 18 turdan sonra ən yaxşı qapıçını müəyyənləşdirib.
QOL.az-ın xəbərinə görə, qapıçıların performansı buraxılan qolların sayı, “quru” oyunlar, seyv sayı və seyv faizi üzrə müqayisə olunub.
Hazırda ən yüksək göstəriciyə “Baltika”nın qapıçısı Maksim Borisko sahibdir – 60 xal. İlk üçlüyə həmçinin Zenit”dən Denis Adamov (54 xal) və SSKA-nın qapıçısı İqor Akinfeyev (51 xal) daxil olub.
Mövsümün bu mərhələsində ən zəif göstərici isə “Dinamo”nun qapıçısı Andrey Lunyova məxsusdur – 25 xal.
“Qarabağ”ın sabiq qapıçısı bu mövsüm Premyer Liqada 11 oyunda meydana çıxıb, 16 qol buraxıb.
Xatırladaq ki, Lunyov 2023/24 mövsümündə “Qarabağ”da oynayıb. Müqavilə müddəti başa çatdıqdan sonra Ağdam klubu ilə razılığa gələ bilmədiyi üçün komandadan ayrılıb.