AZ

TikTok un sahibi ABŞ da qadağadan yayınmaq üçün razılaşma imzalayıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"TikTok"un Çinli sahibi olan "ByteDance" şirkəti ABŞ-dakı fəaliyyətini davam etdirmək üçün amerikalı və beynəlxalq investorlarla məcburi xarakter daşıyan sazişlər imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə video platformanın rəhbəri dekabrın 18-də, cümə axşamı günü əməkdaşlara məlumat verib.

Baş direktor Şou Zı Çu tərəfindən göndərilən daxili xidmət qeydinə əsasən, yaradılacaq birgə müəssisənin 50 faizi "Oracle", "Silver Lake" və BƏƏ-nin investisiya şirkəti MGX-in də daxil olduğu investorlar qrupuna məxsus olacaq.

Yanvarın 22-də başa çatdırılması planlaşdırılan bu razılaşma Vaşinqtonun milli təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən "ByteDance"i ABŞ-dakı bölmələrini satmağa məcbur etmək istiqamətində illərdir davam edən cəhdlərinə son qoyacaq.

Bu addım sentyabr ayında açıqlanan razılaşmaya uyğundur. Həmin vaxt ABŞ prezidenti Donald Tramp, tətbiq satılmadığı təqdirdə onun qadağan edilməsini nəzərdə tutan qanunun qüvvəyə minməsini təxirə salmışdı.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
bizimyol.info

1Mənbələr