AZ

Raşford "Barselona"da qalmaq istəsə də...

Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan, hazırda icarə əsasında "Barselona"da çıxış edən hücumçu Markus Raşfordun sərgilədiyi performans digər Avropa nəhənglərini hərəkətə keçirib.

Bir müddət öncə PSJ-nin MY-yə rəsmi təklif göndərdiyi ilə bağlı informasiyalar dərc edilmişdisə, artıq digər İspaniya klubunun da 28 yaşlı oyunçunu sıralarına cəlb etməyi arzuladığı iddia olunub.

Fanat.Az "El Nacional"a istinadən xəbər verir ki, bu, "Atletiko Madrid"dir.

Məlumata görə, Madrid klubu Raşfordun transferini reallaşdırmaq üçün ona "Barsa"dakından çox maaş ödəməyə, eləcə də Mançester təmsilçisinin maddi tələblərini qarşılamağa hazırdır. Mənbə Markusun Kataloniya təmsilçisində özünü xoşbəxt hiss etdiyini, amma pul amilinin forvardın qərarını dəyişməsi ilə nəticələnə biləcəyini vurğulayıb.

Qeyd edək ki, bu mövsüm "Barselona" forması ilə 23 matça çıxan Raşford 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
59
1
fanat.az

2Mənbələr