AZ

ABŞ Qəzza zolağının bərpası məqsədilə genişmiqyaslı layihə üzərində işləyir

Bakı. Trend:

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff və Amerikaliderinin kürəkəni Cared Kuşner Qəzza zolağının yenidən qurulmasıilə bağlı təklif hazırlayıblar.

Trend xəbər verir ki, bubarədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumatyayıb.

“Sunrise” adlanan layihə “bombalanmış anklavın parlaq birmetropolisə” çevrilməsini nəzərdə tutur. Amerika tərəfininhesablamalarına görə, layihənin icrası 10 il çəkəcək və 112,1milyard dollara başa gələcək. Nəşr qeyd edir ki, planda Qəzzanınyenidən qurulmasının hansı ölkələr və şirkətlər tərəfindənmaliyyələşdiriləcəyi, eləcə də 2 milyon fələstinlinin yenidənqurmadövründə harada yaşayacağı göstərilmir.

Nəşr yazır ki, Vaşinqton bu layihədə əsas rol oynamağa hazırdır,60 milyard dollarlıq qrantların ayrılmasını dəstəkləyir və bütünişlərin icrası üçün veriləcək kreditlərə zamin durmağı nəzərdətutur. Plana əsasən, Qəzza zolağı 10 il ərzində yenidənqurmaişlərini tədricən öz hesabına maliyyələşdirə və sonradankreditlərin qaytarılmasına başlaya bilər.

Adı açıqlanmayan ABŞ rəsmisi qəzetə bildirib ki, təklif artıq“varlı Körfəz krallıqları, Türkiyə və Misir də daxil olmaqlapotensial donorlara” təqdim olunub.

Məlumata görə, Vitkoff, Kuşner və bir neçə digər rəsmi son 45gün ərzində İsrail, özəl sektor nümayəndələri və podratçılarlaməsləhətləşmələr apararaq plan üzərində işləyiblər. Qəzet yazır ki,ABŞ administrasiyasında bəzi şəxslər layihəyə skeptik yanaşır, həmHƏMAS-ın silahı yerə qoymaq niyyətini, həm də Vaşinqtonun digərölkələri “təhlükəli müharibədən sonrakı zonanı yüksək texnologiyalışəhər məkanına” çevirməyə investisiya qoymağa inandırmaqimkanlarını şübhə altına alırlar.

Seçilən
56
18
az.trend.az

10Mənbələr