AZ

17 yaşlı misirli istedad ispan klubunun diqqətini cəlb edib

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Barselona”" Misirin gənclər komandasının və Qahirənin “Əl-Əhli” komandasının mərkəz hücumçusu Həmzə Abdəlkərimlə maraqlanır.

İdman.Biz-in xəbərinə görə, jurnalist Fabrizio Romano bu barədə özünün X sosial media səhifəsində məlumat verib.

İtalyan jurnalist 17 yaşlı hücumçunu istedadlı oyunçu kimi təsvir edib və bildirib ki, onun gələcəyi ilə bağlı ilkin danışıqlar noyabr ayında aparılıb. O, həmçinin Abdəlkərim üçün “Barselona”ya potensial transfer müqaviləsinin hələ yekunlaşmadığını, lakin hücumçunun nəzarət altında olduğunu vurğulayıb.

Bu mövsüm Abdəlkərim bütün yarışlarda iki oyunda meydana çıxıb və qol vurmayıb. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 100.000 avrodur.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
105
1
icma.az

2Mənbələr