AZ

Türkiyədə zəhərlənmə 23 şagird xəstəxanalıq oldu

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Türkiyənin Van vilayətinin Edremit rayonunda keçirilən tədbirdə qida zəhərlənməsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Yerli Məhsullar Həftəsi münasibətilə Mehmet Akif İnan ibtidai məktəbində təşkil olunan proqram zamanı təqdim olunan yeməkdən sonra 23 şagirddə narahatlıq yaranıb.

Təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.

İlkin tibbi müdaxilədən sonra şagirdlər ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
114
qafqazinfo.az

1Mənbələr