Kiyev, 20 dekabr, AZƏRTAC
Dekabrın 19-u axşam saatlarında Rusiya ordusu Odessa vilayətindəki liman infrastrukturuna kütləvi hava hücumu ediblər. Hava hücumu nəticəsində yeddi nəfər həlak olub, on beş nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper “Telegram” səhifəsində açıqlama verib.
O bildirib ki, Rusiya ordusu Odessa rayonundakı liman infrastruktur obyektinə kütləvi ballistik raket hücumu ediblər. Atışma nəticəsində dayanacaqda yük maşınları yanıb.
"Həkimlər zərərçəkənlərə bütün lazımi yardımı göstərirlər", - deyə Kiper açıqlamasında bildirib.
O əlavə edib ki, hava hücumu siqnallarının davamlı səslənməsi təcili yardım xidmətlərinin işinə mane olur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev