GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bəzən Polşada bütün ukraynalıların Varşavanın göstərdiyi səyləri lazımi səviyyədə qiymətləndirmədiyi hiss olunur.
Globalinfo.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bəyan edib.
Baş nazir vurğulayıb ki, polyaklar və ukraynalılar bir-birinə qarşı maksimum anlayış və səbir nümayiş etdirməlidirlər. Onun sözlərinə görə, qarşılıqlı narazılıq hissləri hər iki tərəfdə mövcuddur.
“Polşada ukraynalıların yardımı kifayət qədər dəyərləndirmədiyi düşünülürsə, Ukraynada da Polşanın mövqeyinin əvvəlki qədər ukraynapərəst olmadığı qənaəti yarana bilir”, – deyə Tusk bildirib.
Donald Tusk qeyd edib ki, Polşa və Ukrayna ortaq gələcəkləri barədə praqmatik və ağıllı şəkildə düşünməlidirlər. Lakin bu gələcək yalnız qarşılıqlı hörmət və dostluq prinsipləri üzərində qurula bilər.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.