Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Böyük Britaniyada 16–29 yaşlılar arasında tənha hiss edənlərin faizi digər yaş qrupları ilə müqayisədə daha yüksəkdir.
Axşam.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Statistika Xidmətinin məlumatına görə, 16–29 yaşlı britaniyalıların 33 faizi tez-tez, daim və ya bəzən özünü tənha hiss edir. Müqayisə üçün qeyd edək ki, 70 yaşdan yuxarı insanlar arasında bu göstərici cəmi 17 faizdir.
Şeffild Hallam Universitetinin Yalnızlıq Araşdırmaları Mərkəzinin direktoru, professor Andrea Viqfild bildirib ki, 18–24 yaşlı gənclər özlərini ən tənha hiss edən təbəqədir, onların ardınca isə yaşlı insanlar gəlir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.