AZ

Səhiyyə nazirliyinin bu tenderi ləğv edildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti tərəfindən elan edilmiş Zəngilan Rayon Mərkəzi Xəstəxanasının (91 çarpayılıq) tikintisi üzrə hazırlıq işlərinin – müvəqqəti bina və qurğuların – satınalma müsabiqəsi ləğv olunub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müsabiqənin ləğv edilmə səbəbi nəzarət orqanının qərarı ilə bağlıdır.

Bu satınalma üzrə ehtimal olunan qiymət 1 milyon 212 min 329 manat 64 qəpik təşkil edirdi.

Seçilən
79
nocomment.az

1Mənbələr