AZ

ÇL in finalında səhvə yol vermiş qapıçı Almaniyada hamıdan öndədi

ain.az bildirir, Footbal-plus portalına istinadən.

2018-ci ildə Çempionlar Liqasının finalında ''Liverpul''un heyətində ''Real'' ilə oyunda yol verdiyi kobud səhvlərlə tarixdə iz buraxmış və daha sonra karyerasında ciddi eniş yaşamış Loris Karius yenidən adından söz etdirməyə başlayıb. 32 yaşlı qapıçı hazırda ''Şalke-04''ün şərəfini qoruyur. O, Helzenkirhen klubunda bu mövsüm 17 rəsmi matçda forma geyib və bunların 9-da qapısını toxunulmaz saxlayaraq yalnız 12 top buraxıb. Konkret 2-ci bundesliqada Karius cəmi 8 qol buraxıb. Onun uğurlu performansı sayəsində ''Şalke-04'' inamla turnir cədvəlinə başçılıq edir və elitaya qayıtmağa əsas namizəd sayılır. Karius 16 çempionat matçında 8 qol buraxıb. Orta hesabla hər oyuna 0,5 qol buraxmaqla o, bu mövsüm Almaniyanın peşəkar liqalarında ən az qol buraxan qapıçı statusundadı. Karius bu performansı ilə Dortmund ''Borussiya''sının qapıçısı Qreqor Kobeli (12 qol, hər oyuna orta hesabla 0,87 buraxılan qol) və ''Bavariya''nın əfsanəsi Manuel Noyeri (11 qol, 0,92) də geridə qoyub. Karius bu mövsüm həm də ''çərçivə''yə gələn zərbələrin 78,4 faizini dəf etməsi ilə diqqət çəkir. 37 xalla lider olan ''Şalke-04'' həftəsonu 2-ci bundesliqada ilk dövrənin son oyununda səfərdə Braunşveyq ''Ayntraxt''ının qonağı olacaq. Karius son açıqlamasında bunları deyib:

''İlk dövrəni 40 xalla tamamlamaq əla olardı. Hər qol buraxmadığım oyun məni daha da motivasiyalandırır. Qol buraxmadıqca bu, sanki məndə asılılıq yaradır''.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
1
icma.az

2Mənbələr