Ağstafa rayon Heydər Əliyev Mərkəzində Nüsrət Kəsəmənlinin 80 illik yubileyi keçirilib.
Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edənlər şairin həyat və fəaliyyətindən, eləcə də milli mədəniyyət və incəsənətimizə, sənət adamlarına göstərilən yüksək dövlət qayğısından söz açıblar.
Tədbirin bədii hissəsində Nüsrət Kəsəmənlinin oxucular və dinləyicilər tərəfindən dillər əzbəri olan şeirləri və sözlərinə bəstələnmiş musiqi əsərləri ifa olunub. Öz növbəsində Nüsrət Kəsəmənlinin oğlu, Bakı Bələdiyyə Teatrının aktyoru Rəşad Kəsəmənli “Biri vardı, biri yox”, “Mən səni unuda bilmirəm axı”, nəvəsi Əli Kəsəmənli "Qar yağır Şəhidlər xiyabanına” və teatrının aktyorları şairin şeirlərini səsləndiriblər.