AZ

İsrail və Livan arasında birbaşa görüş keçirildi

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan nümayəndələri təhlükəsizlik və iqtisadi məsələləri müzakirə etmək üçün yeni görüş keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin məlumatında deyilir.

Bildirilib ki, görüş Livanın cənubundakı sərhəd şəhəri Ən-Naqurada baş tutub.

İsrail tərəfində danışıqlara Milli Təhlükəsizlik Şurasının xarici siyasət üzrə müavini Yosef Draznin rəhbərlik edib.

Görüşdə təhlükəsizlik sahəsində dialoqun davam etdirilməsi, o cümlədən Hizbullahın tərk-silah edilməsi müzakirə edilib.

Həmçinin iqtisadi layihələr, sakinlərin təhlükəsizliyinin təmin edilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edilir ki, bu, İsrail və Livan nümayəndələri arasında keçirilən ikinci belə birbaşa görüşdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
1
axar.az

2Mənbələr