AZ

Bu dəfə Napaleonun qızıl üzüyünü oğurladılar

Naməlum şəxslər Belçikadakı “Napoleonun Sonuncu Dayanacağı” Muzeyini qarət edib və imperatorun qızıl və brilyant üzüyü də daxil olmaqla bir neçə eksponatı oğurlayıblar.

AzPost bildirir ki, bu barədə RTBF məlumat yayıb.

Qarət 18 dekabr gecəsi baş verib. İki naməlum şəxs muzeyə pəncərədən daxil olub. Daha sonra onlar bir neçə vitrini sındıraraq eksponatları oğurlayıblar.

“Oğurlanan əşyalar arasında Napoleona məxsus brilyantla bəzədilmiş 18 karatlıq 5 qızıl üzük də var. Bu üzük 18 iyun 1815-ci ildə Vaterloo döyüşündən sonra imperatorun qaçışı zamanı tapılıb. Həmçinin Napoleon dövründən qalma qızıl və gümüş sikkələr də yoxa çıxıb”, – deyə hesabatda bildirilir.

AzPost.az

Seçilən
111
azpost.info

1Mənbələr