AZ

"Real" onu icarəyə göndərir

"Real"ın yarımmüdafiəçisi Franko Mastantuono karyerasını başqa klubda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, Madrid klubu argentinalı futbolçunun mövsümün ikinci yarısı üçün altı aylıq icarə variantını nəzərdən keçirir. Bu addım 2026-cı il dünya çempionatında Argentina millisində iştirakını təmin etmək məqsədi daşıyır.

Mastantuono "Real"da 2025-ci ilin avqustundan çıxış edir. İspaniya klubu argentinalı futbolçu üçün "River Pleyt"ə 45 milyon avro ödəmişdi. Hazırda gənc oyunçunun bütün turnirlər üzrə 14 oyunu var, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar qiyməti 50 milyon avrodur.

Seçilən
113
90deqiqe.az

1Mənbələr