AZ

"Qələbə mütləq idi" -"Şəfa"nın baş məşqçisi

1-ci Liqanın 11-ci turu çərçivəsində bu gün Şamaxıda "Cəbrayıl"ı 1:0 hesabı ilə yenən şəfa xallarının sayını 27-yə çatdıraraq liderliyini möhkəmləndirdi. Bakı təmsilçisinin 33 yaşlı baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyun barədə fikirlərini bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Çox vacib 3 xal qazandıq. Digər rəqiblərlə xal fərqini artırmaq ücun qələbə mutləq idi. Çox sayda itkilərə rəğmən, istədiyimiz qələbəni əldə etdik. "Cəbrayıl"a qarşı hər oyunumuz çətin kecib. Bu gün də xeyli çətinlik cəkdik. Qolu vurandan sonra taktikanı dəyişdik. Daha cox əks-hücumlardan istifadə etdik. Yaxşı müdafiə olunaraq, rəqibə qol şansı vermədik. Futbolçularıma təsəkkür edirəm. Lazım olan vaxtda qələbə qazanaraq təqibçilərimizlə aramızdakı xal fərqini artırdıq".

Nihat

Seçilən
61
fanat.az

1Mənbələr