Avropa İttifaqı Ukraynaya 90 milyard avroluq kredit ayırmaq qərarına gəlib. Prezident Vladimir Zelenski bildirib ki, bu qərar ölkəyə yaxın illərdə maliyyə sabitliyi təmin edəcək.
Zelenski bunu 19 dekabr tarixində Polşa Prezidenti Karol Navrotski ilə birgə keçirdiyi mətbuat konfransında açıqlayıb. Prezident Polşanın bu məsələdə Ukraynaya dəstəyini xüsusi vurğulayıb.
//Samir Qurbanov, Editor.az