AZ

PSJ-də ciddi itki: Finalın qəhrəmanı sıradan çıxdı

PSJ-nin qapıçısı Matvey Safonov “Flamenqo”ya qarşı keçirilən qitələrarası kubokun finalında sol biləyindən sınıq alıb.

Publika.az xəbər verir ki, 26 yaşlı futbolçunun bərpası 3–4 həftə davam edəcək, bundan sonra vəziyyəti yenidən qiymətləndiriləcək.

Rusiya millisinin qapıçısı matçın qəhrəmanı olub. Oyunsonrası penalti seriyasında ardıcıl dörd zərbəni də dəf edərək Paris klubunun (1:1, pen 2:1) kuboku qazanmasına kömək edib.

Seçilən
38
publika.az

1Mənbələr