“Qalatasaray” klubunda zədələri və çıxışı səbəbindən tənqid olunan İsmail Yakobs Afrika Millətlər Kuboku üçün Seneqal milli komandasının toplanışına qatılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ulduz futbolçunun hələlik heç bir məşqdə iştirak etmədiyi bildirilir. Yakobsun zədə tarixçəsi və şəxsi həyatı ilə bağlı məsələlərə görə təzyiq altında olduğu vurğulanır. Bununla belə, Botsvana ilə keçiriləcək oyunda start heyətində meydana çıxacağı gözlənilir.
“Qalatasaray” klubu ilə daha 1,5 illik müqaviləsi olan futbolçunun şəxsi həyatı ilə bağlı məsələlərə görə rəhbərlik tərəfindən xəbərdarlıq aldığı iddia olunur. Türk mənşəli sevgilisindən ayrıldıqdan sonra baş verən bu hadisələr futbolçunun üzərindəki psixoloji təzyiqin daha da artmasına səbəb olub.