Bakı. Trend:
18-19 dekabr 2025-ci il tarixlərində Cenevrədə Xəzəryanıdövlətlərin ətraf mühit nazirlərinin qərarı ilə “Xəzər dənizinindəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə KonvensiyasınınKatibliyinin təşkili üzrə sənəd layihələrinin hazırlanmasıməqsədilə yaradılmış Xüsusi qrupun ikinci iclası keçirilib.
XİN-dən Trend-ə bildirilibki, konvensiyanın müvəqqəti Katibliyi kimi fəaliyyət göstərənBMT-nin ətraf Mühit Proqramının Avropa Regional Ofisi tərəfindəntəşkil olunan görüşdə Azərbaycan Respublikası, İran İslamRespublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası vəTürkmənistanın nümayəndə heyətləri iştirak ediblər.
Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlərnazirinin müavini Samir Şərifov rəhbərlik edib.
Azərbaycan tərəfinin sədrliyi ilə keçirilən iclasdaKonvensiyanın Katibliyinin təşkili üzrə konseptual əsaslarınmüzakirəsi davam etdirilib.
Tərəflər Katibliyin Xəzər dənizi regionunda yerləşdirilməsinininstitusional mexanizmlərinə dair məsələlər ətrafında fikirmübadiləsi aparıblar.
Görüş çərçivəsində, Konvensiyanın müvəqqəti Katibliyi Xəzərdənizinin səviyyəsinin dəyişməsi ilə bağlı Fəaliyyət Planılayihəsinin müzakirələrinin gedişatı barədə tərəflərə məlumatverib.