AZ

Ekspert: İran Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirakda maraqlıdır

Bakı, 19 dekabr, Tamilla Məmmədova, AZƏRTAC

İran Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa işlərində, o cümlədən infrastrukturun yenidən qurulması, energetika və kənd təsərrüfatının inkişafı üzrə layihələrdə iştirak etməyə böyük maraq göstərir.

Bu fikri AZƏRTAC-ın “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi və Şərq Mədəniyyət Mərkəzinin direktoru Lana Ravandi-Fadai səsləndirib.

Ekspertin sözlərinə görə, kənd təsərrüfatı həm daxili bazara, həm də ixraca yönəlmiş birgə müəssisələrin yaradılması baxımından ən perspektivli sahələrdən biridir. O vurğulayıb ki, bu cür layihələr sərhədyanı regionların iqtisadi inkişafına əlavə stimul verə bilər.

Qeyd edib ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq sabit artım nümayiş etdirir. Ekspert, həmçinin rəqabətli biznes mühitinin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb. Onun fikrincə, investisiya və güzəştli ticarət sazişləri də daxil olmaqla hüquqi bazanın hazırlanması üzrə işlərin sürətləndirilməsi yeni iri layihələrin reallaşdırılması üçün əsas amillərdən biri olacaq.

Seçilən
83
azertag.az

1Mənbələr