AZ

İctimai Birliyin 2025-ci il fəaliyyətinə baxış - AÇIQLAMA

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi 2025-ci il ərzində mədəniyyətlərarası dialoqun, ədəbi əlaqələrin və maarifləndirmənin gücləndirilməsinə yönəlmiş bir sıra əhəmiyyətli layihələr icra edib.

İctimai birliyin sədri Arzu Bağırova QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci ildə görülən işlər təkcə layihələrin icrası ilə məhdudlaşmayıb, eyni zamanda mənəvi və mədəni körpülərin qurulmasına xidmət edib. İl ərzində sözün, ədəbiyyatın və düşüncənin sərhəd tanımadığına inanaraq müxtəlif nəşr təşəbbüslərinə dəstək göstərilib:

"Gürcü ədəbiyyatının tanınmış nümayəndəsi Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” kitabının çapına dəstək olmaqla regionlararası ədəbi dialoqa töhfə verdik. Qardaş Qazaxıstanın yeni nəsil şairi Sayat Kamşıgerin Qarabağa həsr olunmuş poeması isə bizim üçün təkcə bir kitab deyil, ortaq yaddaşın və ədalətli mövqenin bədii ifadəsi oldu. Bununla yanaşı, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə hazırlanan “Yaşılım-yaşılım, hara gedirsən” şeirlər antologiyasının çapına dəstək verərək müasir poeziyanın kollektiv səsini oxucuya çatdırdıq. Tatar şairinin “İsti ürək, buzlu yol” adlı kitabının nəşrinə göstərdiyimiz dəstək isə türk dünyası ədəbiyyatının ortaq ruhunu bir daha ön plana çıxardı".

QHT sədri bildirib ki, eyni zamanda, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zülməti dələn işıq” adlı layihəni uğurla həyata keçirdik:

"Bu layihə maarifləndirmə ilə ümid, insani dəyər arasında körpü rolunu oynadı. Bu layihələrin hər biri bizim üçün ayrı-ayrı fəaliyyətlər deyil, eyni məqsədə xidmət edən bütöv bir yanaşmanın hissələridir cəmiyyətə bilik, dəyər və işıq daşımaq".

Seçilən
76
qht.az

1Mənbələr