ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Svetoforun qırmızı işığından keçən “Gelandewagen” ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Novosibirski vilayətində Sovetskiy şosesində 39 yaşlı sürücü yüksək sürətlə idarə etdiyi “Mercedes-Benz G-Class” (“Gelandewagen”) markalı avtomobillə işıqforun qırmızı işığından keçərək yolayrıcında “Toyota” ilə toqquşub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi qarlı yolda sürüklənib.
Qəza nəticəsində “Toyota”nın sürücüsü, eləcə də 3-ü qadın, 2-i azyaşlı olmaqla 6 nəfər ölüb. Qəzanın 39 yaşlı səbəbkarı polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.