AZ

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub

Vaşinqton, 19 dekabr, AZƏRTAC

ABŞ-ın Dövlət katibi Marko Rubio Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyişin əldə edildiyini açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, lakin o, irəlidə hələ uzun yolun olduğunu bildirib.

Onun sözlərinə görə, Ukraynadakı müharibəyə son qoymaq üçün aparılan danışıqlar kiməsə onu qəbul etməyə məcbur etməkdən ibarət deyil.

Mətbuat konfransında jurnalistlərə danışan Rubio əlavə edib ki, son məsələlərin həlli həmişə ən çətin olur.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
55
4
azertag.az

7Mənbələr