Xəbər verdiyimiz kimi, meyxanaçı Ağakərim bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.
Publika.az Bizim.media-ya istinadla xəbər verir ki, Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub.
Ədəbiyyata olan həvəsi məktəbdəki müəllimi tərəfindən yaradılıb, meyxanaya marağı isə qonşusu Ağasəlim Çıldağın kasetləri ilə başlayıb.
O, 1991-ci il meyxana müsabiqəsinin qalibi olub, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş festivalda qızıl medal qazanıb.
Özünün 55 illik yubileyində isə oğlu Kamil üçün toy edib ki, ikiqat yaddaqalan olsun. Maştağa kəndində baş tutan dərviş toyunda meyxanaçının sənət dostları iştirak edib.