AZ

Zelenskinin yaxın çevrəsi ilə əlaqələndirilən biznesmen barəsində yeni cinayət işi açılıb

Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın çevrəsi ilə əlaqələndirilən biznesmen Timur Mindich barəsində yeni cinayət işi başlanılıb.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko özünün Telegram kanalında məlumat verib.

Deputat bildirib ki, cinayət işinin açılması onun müraciətinə cavab olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) təqdim etdiyi rəsmi sənəddə əksini tapıb. Qonçarenkonun sözlərinə görə, Mindich uzun müddətdir ki, prezident administrasiyasına yaxın fiqur kimi tanınır və mediada tez-tez “Zelenskinin kassası” kimi təqdim olunur.

Hazırda cinayət işinin hansı maddə üzrə açıldığı və istintaqın detalları ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
57
editor.az

1Mənbələr