Polşa Ukraynada prezident və ya parlament seçkilərinin keçirilməsində dəstək göstərməyə hazırdır. Bu barədə Polşa Seyminin spikeri Vlodimej Çajaşti Ukrayna Prezidenti Vladimir Zelenski ilə Varşavada keçirilən görüşdən sonra açıqlama verib.
Çajaştinin sözlərinə görə, Polşa tərəfi Ukrayna rəhbərliyinə müvafiq təklif təqdim edib.
“Ukrayna prezident və ya parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul etdiyi təqdirdə, Polşa bu prosesə yardım göstərməyə hazır olduğunu bildirib”, — deyə spiker qeyd edib.
O əlavə edib ki, yardım seçki prosesinin təşkili və texniki məsələlərini əhatə edə bilər və bu, Ukrayna tərəfinin qərarından asılı olacaq.
//Samir Qurbanov, Editor.az