AZ

Fuad Nəcəfli ŞAYİƏ YAYDI-Borclu olduğu adamlara görə

Dünən bir sıra sayt və sosil hesablarda Naxçıvandakı sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəflinin  yenidən yüksək vəzifəyə qayıtması gözləntisi barədə məlumatlar yayılıb.

Vətəninfo.az-a  özəl kanalları vasitəsi ilə aydınlaşdırıb ki, bu, əsasız xəbərdir və Nəcəflinin diqqət yayındırmaq üçün özü tərəfindən ortaya atılaraq tirajlanıb. 

Mənbə bildirib ki, xəbər feykdir və hazırda F.Nəcəflinin qanunsuz əməlləri barədə araşdırmalar aparılır. Dələduzluq yolu ilə aldadılaraq pulları mənimsənilən onlarla sahibkar və iş adamı aid qurumlara şikayət ərizəsi verib. Onun dövlət büdcəsindən milyonlarla vəsait mənimsədiyi barədə də dəqiq məlumatlar vardır.

Naxçıvan şəhərindəki “Milli yeməklər” adlı restoranın müdiri Akif adlı şəxsə də yeyib-içməyə görə 46 min manat borcunun qaldığı bildirilir.

Qeyd edək ki, F.Nəcəfli 12 noyabr 2025-ci ildə  3 ilə yaxın müddətdə işlədiyi vəzifəsindən azad edilib.

Seçilən
38
veteninfo.az

1Mənbələr