AZ

Zelenski Rusiyanın “Oreşnik” raket kompleksinin Belarusda yerləşdirilməsinə münasibət bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “Oreşnik” raket kompleksini Belarus ərazisində yerləşdirməyə başladığını açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna bu prosesin harada yekunlaşacağını bilir və əldə olunan məlumatlar artıq Qərb tərəfdaşlarına ötürülüb.

Zelenski bu barədə Polşa Prezidenti Karol Navrotski ilə birgə keçirdiyi mətbuat konfransında danışıb. O qeyd edib ki, Ukrayna daha əvvəl “Oreşnik” raket kompleksinin istehsalı və təchizatında iştirak edən şirkətlərə qarşı sanksiyaların tətbiqi üçün Qərb ölkələrinə müraciət edib, lakin hələlik bu istiqamətdə real addımlar atılmayıb.

“‘Oreşnik’in Belarus ərazisinə köçürülməsi yekunlaşmaq üzrədir. Biz onun hansı ərazilərdə yerləşdiriləcəyini anlayırıq və bu məlumatları tərəfdaşlarımıza təqdim edirik. Düşünürəm ki, tərəfdaşlarımız bu təhlükəni düzgün qiymətləndirib müvafiq qərarlar verə bilərlər”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

Zelenskinin sözlərinə görə, Rusiyanın regionda yeni raket sistemləri yerləşdirməsi Ukrayna ilə yanaşı, Şərqi Avropanın təhlükəsizliyi üçün də əlavə risklər yaradır.

//Samir Qurbanov, Editor.az

Seçilən
100
editor.az

1Mənbələr