AZ

DİQQƏT: Azərbaycanın Mülki Məcəlləsinə görə, bankların bunu etməsi QƏTİ QADAĞANDIR

Borclanma və kredit münasibətlərində ən çox mübahisə doğuran məsələlərdən biri də əsas borcla yanaşı, hesablanmış faizə görə əlavə faiz tutulmasının mümkün olub-olmamasıdır. Xüsusilə banklar və kredit təşkilatları ilə yaranan mübahisələrdə bu sual tez-tez gündəmə gəlir. Bəs, əsas borcla yanaşı, faizə görə də əlavə faiz hesablana bilərmi?

Bu barədə KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycan qanunvericiliyində faizə görə faiz hesablanması qadağandır.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Ali Məhkəmənin də müvafiq qərarı mövcuddur və həmin qərarda faizə görə faizin hesablanmasının yolverilməz olduğu bir daha təsdiqlənib:

“Faizə görə faiz hesablana bilməz. Bu, nə ölkə qanunvericiliyində var, nə də hüquqi baxımdan mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu birbaşa qadağan olunub. Ali Məhkəmə də bu mövqeni təsdiqləyib”, – deyə Əkrəm Həsənov vurğulayıb.

Ekspert qeyd edib ki, kredit və borc münasibətlərində yalnız əsas borca görə faiz tətbiq oluna bilər və artıq hesablanmış faizin üzərinə yenidən faiz gəlmək hüquqi cəhətdən əsassızdır.

Bu səbəbdən, vətəndaşlar kredit müqavilələri bağlayarkən və ya borc mübahisələri zamanı faizə görə əlavə faiz tələbi ilə üzləşərsə, bunun qanunsuz olduğunu bilməli və hüquqi müstəvidə etiraz edə bilərlər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
42
1
konkret.az

2Mənbələr