AZ

Yüksək Liqa: "Turan" "Abşeron"u üstələdi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun növbəti matçı keçirilib.

Fanat.Az xəbər verir ki, turun son oyun günündə "Abşeron"la qarşılaşan "Turan" 3:0 (25:19, 25:12, 25:18) hesablı qələbə qazanıb.

Görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Qeyd edək ki, turun daha əvvəl gerçəkləşən qarşılaşmalarında "Azərreyl" "Murov Az Terminal"ı (3:0), "Gəncə" isə UNEC-i (3:2) məğlub edib. "Milli Aviasiya Akademiyası" - "Gənclər" matçının tarixi hələ dəqiqləşməyib.

Seçilən
35
2
fanat.az

3Mənbələr