Rusiya prezidenti Vladimir Putin gələcəkdə memuar yazmaq üçün material toplamadığını bildirib.
AzPost bildirir ki, dövlət başçısı bunu canlı yayım zamanı deyib.
“Xeyr, hesab edirəm ki, sadəcə işləmək lazımdır. Xatirələr əsasən özünüqiymətləndirmə ilə bağlı olur. İnsanlar əgər mümkün hesab edirlərsə, mənim işimi, komandamı və ətrafımdakı bütün insanları qiymətləndirəcəklər”, – deyə prezident gələcək xatirələri üçün məlumat toplamaqda bəzi xarici liderlərin nümunəsini izləyib-izləməməsi ilə bağlı suala cavab verərkən bildirib.
Canlı yayımlanan illik proqramın bir hissəsi olaraq, prezident 2025-ci ilə yekun vurur, media nümayəndələrinin və vətəndaşların ekspertlər və könüllülər tərəfindən əvvəlcədən seçilmiş suallarını cavablandırır. Pavel Zarubin və Yekaterina Berezovskaya “Vladimir Putinlə İlin İcmalı” verilişini aparıblar. Veriliş dörd saatdan çox davam edib.